ABŞ-ın İraqın paytaxtı Bağdad şəhrindəki səfirliyinin ərazisinə iki raket atılıb.
Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, raketlər diplomatik missiyanın ərazisində yerləşən əl-Tavhid bazasına düşüb. Müdafiə sistemi raketləri zərərsizləşdirə bilməyib. Atəş zamanı ABŞ səfirliyində həyəcan siqnalı verilməyib.
İtki və dağıntı barədə hələlik məlumat yayılmayıb.