DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Cəmiyyət

ABŞ-dan Kəlbəcər AÇIQLAMASI

1 dəqiqəyə oxunur

ABŞ Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu istiqamətində baş verən toqquşmanı pisləyən bəyanat yayıb.

Arazmedia.az xəbər verir ki, açıqlamada tərəflərdən atəşkəs rejiminə riayət etmək çağırışı yer alıb:

“Münaqişənin uzunmüddəıtli siyasi həlli üçün tərəfləri ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırırıq”.

Açıqlama Dövlət Departamentinin rəsmisi Ned Prays tərəfindən verilib.

Qeyd edək ki, ötən gün Kəlbəcər istiqamətində erməni təxribatı nəticəsində azı 3 erməni hərbçisi ölüb, 5-i yaralanıb. Azərbaycan tərəfinin isə 2 hərbçisi xəsarət alıb.