Türkiyə ordusunun hərbçisi İraqın şimalında terrorçuların açdığı atəş nəticəsində həlak olub. Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitter səhifəsində məlumat paylaşılıb. Hadisə “Pence-Şimşek” əməliyyatı zonasında, Hakurk bölgəsində qeydə alınıb. Nazirlik şəhidin ailəsinə başsağlığı verib. Share