Gürcüstanda son sutkada koronavirusa 1 264 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər vəfat edib. Arazmedia.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 404 min 023 nəfərə, vəfat edənlərin sayı isə 5 min 714-ə çatıb. Ötən 24 saat ərzində 1 665, ümumilikdə isə 374 753 nəfər sağalıb. Share