Qubada 66 yaşlı kişi özünü asaraq öldürüb. Arazmedia.az xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb. Kənd sakini 1955-ci il təvəllüdlü Qadir Abasov özünü yaşadığı evdə asaraq öldürüb. Hadisə yerinə Quba Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirib. Qeyd edək ki, Q. Abasovun evdə tək yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.(report.az) Share