Qubada 66 yaşlı kişi özünü asaraq öldürüb.
Arazmedia.az xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb.
Kənd sakini 1955-ci il təvəllüdlü Qadir Abasov özünü yaşadığı evdə asaraq öldürüb.
Hadisə yerinə Quba Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirib.
Qeyd edək ki, Q. Abasovun evdə tək yaşadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.(report.az)