DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Əfqanıstanda 100-dən çox dinc sakin öldürüldü

1 dəqiqəyə oxunur

Əfqanıstanın Qəndəhar vilayətinin Spin-Boldak bölgəsində naməlum şəxslər yüzdən çox dinc sakini öldürüblər.

Arazmedia.az xəbər verir ki, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyindən bildirilib.

“Pəncabdakı (Pakistan) rəhbərlərinin əmri ilə terrorçular Spin- Boldakın bəzi
ərazilərindəki günahsız əfqanların evlərinə hücum etdilər. Onlar evləri qarət ediblər, yüzlərlə günahsız insan öldürüblər”, – nazirliyinin sözçüsü Mirvais Stanekzay deyib.

“Taliban” mülki şəxslərin qətllərində iştirakını inkar edir.

Daha əvvəl Pakistanla sərhəddəki Spin-Boldak bölgəsi “Taliban” tərəfindən ələ keçirilib, daha sonra yenidən hökumət qüvvələrinin nəzarətinə keçib. Pakistan-Əfqanıstan sərhədində yerləşən Spin-Boldak bölgəsi ticarət baxımından strateji bir mövqeyə sahibdir.