DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

ÜST “Delta” variantından daha təhlükəli ştam haqqında xəbərdarlıq ETDİ

1 dəqiqəyə oxunur

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Qebreyesus “Delta” variantından daha təhlükəli koronavirus ştammı barədə xəbərdarlıq edib.

Arazmedia.az xəbər verir ki, bu barədə o, Tokioda Beynəlxalq Olimpiya Komitəsinin 138-ci sessiyasında çıxış edərkən elan edib.

ÜST rəhbərinin sözlərinə görə, koronavirus nə qədər geniş yayılsa, bir o qədər çox variant ortaya çıxacaq və onların hazırkı “Delta” variantından daha təhlükəli olma potensialı var.

“Buna görə, nə qədər çox variant varsa, onlardan birinin peyvəndlərdən yayınma şansı daha yüksəkdir”, – deyə o, vurğulayıb.

Qebreyesus çıxışı zamanı Tokiodakı Olimpiya Oyunlarının koronavirus pandemiyası şəraitində təhlükəsiz şəkildə keçiriləcəyinə ümidini ifadə edib.