DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

Prezident şəhid jurnalistlərin ailələrinə mənzil hədiyyə etdi

1 dəqiqəyə oxunur
Prezident şəhid jurnalistlərin ailələrinə mənzil hədiyyə etdi 22 İyul 2021

22 iyul – Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin – AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.

Arazmedia.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək, mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim edib.

Şəhid jurnalistlərin ailə üzvləri göstərilən yüksək qayğıya, yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən M.İbrahimov və S.Abışov iyunun 4-də onları aparan nəqliyyat vasitəsinin Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni təxribatı nəticəsində tank əleyhinə minaya düşərək şəhid olublar.