DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasının 146-cı ildönümüdür.

1 dəqiqəyə oxunur

Bu gözəl tarixi gündə sizin hər birinizi “Araz Media” Qrupu adından səmimiyyətlə təbrik edirik əziz həmkarlar.
Jurnalist peşəsi asan peşə deyil. Bu sahədə yoxsulluq, məhrumiyyətlər, bəzən həbslər də var. Bu sahənin təməlini qoymuş görkəmli ədib, maarifçi xadim, jurnalist Həsən bəy Zərdabinin böyük sənətini şərəflə davam etdirmək bizim çiynimizə düşür.

Çox qürurverici haldır ki, cənab prezident İlham Əliyev və Birinci vtse-prezident Mehriban xanım Əliyeva tərəfindən bizim jurnalistlik fəaliyyətimiz nəinki yüksək qiymətləndirilir, hətta yeri gələndə müdafiə olunur. IV hakimiyyətə belə isti münasibət heç də bütün ölkələrdə belə deyil. Odur ki, dövlətimizə və xalqımıza bizlər də layiqincə xidmət göstərməliyik. Biz Birlikdə Güclüyük!

Əziz həmkarlar! Hər birinizə ailə səadəti, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayırıq. Qələminiz daim iti olsun!

Xoş arzularla,
“Araz Media” Qrupunun kollektivi