DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı AÇIQLANDI

1 dəqiqəyə oxunur
Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı AÇIQLANDI 22 İyul 2021

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb.

Arazmedia.az xəbər verir ki, qeyd olunan müddət ərzində 795 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 78 ədəd az minik avtomobili istehsal olunub.

Dövr ərzində əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə traktorların istehsalı 2,8 dəfə, fəvvarə armaturunun istehsalı isə 61,4 faiz artıb.

Ümumilikdə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 134,2 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 48,3 faiz artıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 47,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 69,1 faiz azalıb.