Ermənistan müdafiə nazirinin müavini Suren Saakyan vəzifəsindən azad edilib.
Arazmedia.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bununla bağlı Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan fərman imzalayıb. Qeyd edək ki, N. Paşinyanın digər qərarı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyan müdafiə nazirinin birinci müavini təyin edilib.
A. Karapetyan faktiki olaraq iyulun 20-də istefa verən Vaqarşak Arutyunyanın yerinə müdafiə naziri vəzifəsini icra edəcək.