DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
İdman

2032-ci il Yay Olimpiya Oyunları bu şəhərdə keçiriləcək

1 dəqiqəyə oxunur
2032-ci il Yay Olimpiya Oyunları bu şəhərdə keçiriləcək 21 İyul 2021

2032-ci ildə Yay Olimpiya Oyunlarına Avstraliyanın Brisben şəhəri ev sahibliyi edəcək.

Arazmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyanın paytaxtı Tokioda keçirilən sessiyasında qərar qəbul olunub.

Avstraliya üçüncü dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Belə ki, 1956-cı ildə Olimpiada Melburn, 2000-ci ildə isə Sidneydə təşkil olunub.

Xatırladaq ki, 2024-cü ildə Yay Olimpiya Oyunlarına Paris, 2028-ci ildə isə Los-Anceles şəhərləri ev sahibliyi edəcək.

Qeyd edək ki, “Tokio-2020” Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 23-də keçiriləcək. Azərbaycanı yarışda 44 idmançı təmsil edəcək.