Millimizin Macarıstan və Belarusla oyunlarının vaxtı bilindi
1 dəqiqəyə oxunur
Share
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir.
Arazmedia.az xəbər verir ki, Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, hazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-na kimi paytaxtda təlim-məşqlərlə bərabər bir neçə yoxlama görüşü də keçirəcək.
Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər iki komanda artıq Bakıdadır və bu gün AVF-nin idman zalında ilk məşqini keçirib.
Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək.
21 iyul 16:30. Azərbaycan –Macarıstan (FHN) 22 iyul 16:30. Azərbaycan – Belarus (FHN) 23 iyul 16:30. Azərbaycan – Macarıstan (AVF) 25 iyul 10:30. Azərbaycan – Belarus (AVF)