Biləsuvar rayonunda bədbəxt hadisə baş verib. Arazmedia.az-ın məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb. Belə ki, Bolqarçayda çimən məktəblilərdən biri, Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu boğularaq ölüb. Mərhum 10 yaşlı əmisi oğlunun boğulmasını görüb və onu suyun dayaz hissəsinə çıxarıb. Lakin özü yorulduğundan çayda boğulub. Qeyd edək ki, orta məktəbin 9-cu sinfini bitirən F. Məmmədli ailənin tək oğul övladı olub. (report) Share