DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

Bakıda insanların yanğından xilas edilmə anı – VİDEO

1 dəqiqəyə oxunur
Bakıda insanların yanğından xilas edilmə anı - VİDEO 20 İyul 2021

Xəbər verdiiyimiz kimi, 20 iyul 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Arazmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğınsöndürən və xilasedicilərin peşəkarlığı, fərdi şücaəti və koordinasiyalı fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülərək mənzillərə keçməsinin qarşısı alınıb və bina sakinlərinin təhlükəsizliyi təmin olunub.