DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

Son 6 ayda 31 marşrut xətti nağdsız ödənişə keçid edib

1 dəqiqəyə oxunur
Son 6 ayda 31 marşrut xətti nağdsız ödənişə keçid edib 17 İyul 2021

İyulun 16-dan Bakıda 62 nömrəli (Sabunçu d/st. – N.Tusi küçəsi) müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları nağdsız ödəniş sistemi olan “BakıKart” vasitəsilə həyata keçirilir.

Arazmedia.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə son 6 ay ərzində 31 marşrut xətti üzrə avtobuslar nağdsız ödəniş sisteminə inteqrasiya edilib.