DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Hacıqabulda “Patı” satan şəxs və müştəri saxlanıldı

1 dəqiqəyə oxunur

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan iki nəfər şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Abdulabad kənd sakini Rəhman Həsənov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı iki büküm narkotik maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Dindirilmə zamanı R.Həsənov narkotik vasitəni Zabit adlı şəxsdən 60 manata aldığını bildirib.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin satışı ilə məşğul olan Şirvan şəhər sakini Zabit Hüseynov da saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə satış üçün hazırlanmış metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir