DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

Avropadakı təbii fəlakət zamanı həmyerlilərimiz arasında zərərçəkən olub? – RƏSMİ

1 dəqiqəyə oxunur
Avropadakı təbii fəlakət zamanı həmyerlilərimiz arasında zərərçəkən olub? - RƏSMİ 17 İyul 2021

Avropanın qərbindəki ekstremal hava şəraitinin dağıdıcı nəticələri insanların həyatı üçün ciddi narahatlıq yaradıb.

Arazmedia.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi Almaniya, Belçika və Niderlandda baş verən təbii fəlakətlə bağlı Koordinasiya Şuraları vasitəsilə bu ölkələrdə yaşayan soydaşlarımızla mütamadi olaraq əlaqə saxlayır, onların vəziyyəti ilə maraqlanır.

Hazırda hadisə nəticəsində azərbaycanlıların xəsarət alması və ya zərər çəkməsi ilə bağlı heç bir məlumat yoxdur.

Soydaşlarımızdan xahiş edirik ki, ehtiyac olduğu təqdirdə Diasporla İş üzrə Dövlət Komitəsinə və Koordinasiya Şuralarına müraciət edə bilərlər.