DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

Medianın İnkişafı Agentliyi yeni ofisə köçdü

1 dəqiqəyə oxunur
Medianın İnkişafı Agentliyi yeni ofisə köçdü 15 İyul 2021

11:32 2021-07-15 CƏMİYYƏT

Bu gündən Medianın İnkişafı Agentliyi media subyektləri və jurnalistlərlə əlaqələrin daha səmərəli və asan qurulmasına, jurnalistlərin qəbulunun müasir standartlara uyğun həyata keçirilməsinə, işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılmasına şərait yaradılması məqsədilə Yasamal rayonu, Zahid Xəlilov küçəsi 36 ünvanında yerləşən yeni ofisə köçüb.

Arazmedia.az xəbər verir ki, bununla əlaqədar olaraq hazırda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icarə xidmətinin, mebel və digər təsərrüfat inventarlarının, telekommunikasiya və şəbəkə sisteminin qurulması üçün zəruri olan sistem və avadanlıqların satınalınması həyata keçirilməkdədir.

Qeyd olunan tədbirlərin həyata keçirilməsi yekunlaşdırıldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli  1249 nömrəli Fərmanı ilə yaradılmış MEDİA Agentliyi eyni məsuliyyət və peşəkarlıqla üzərinə düşən vəzifə və öhdəliklərinin icrasını yeni inzibati binasında davam etdirəcək.