DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Dünya

Paşinyan Təhlükəsizlik Şurasının katibini işdən çıxardı

1 dəqiqəyə oxunur
Paşinyan Təhlükəsizlik Şurasının katibini işdən çıxardı 14 İyul 2021

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilməsi və xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilməsi haqqında qərar qəbul edib.

Arazmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərar hökumətin rəsmi saytında dərc olunub.

“Təhlükəsizlik Şurasının təşkili və fəaliyyəti haqqında” qanunun 711-ci maddəsinə uyğun olaraq, Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilsin. “Dövlət qulluğu haqqında” qanununun 9-cu maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Armen Qriqoryan xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilsin”, – Paşinyanın sərəncamlarında deyilir.