![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/07/1626279567.modern.az-14.07.2021-1626278948.jpg?resize=620%2C440&ssl=1)
Dünyada COVID-19 pandemiyasının bitməsi üçün 11 milyard doza vaksin lazımdır.
Arazmedia.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, dünyanın qlobal vaksinasiya planına ehiyacı var:
“Dünya əhalisinin 70 faizinin peyvənd olunması və COVID-19 pandemiyasına son qoyulması üçün azı 11 milyard doza vaksin lazımdır. Hazırda bütün dünyada, həm də ayrı-ayrı ölkələrdə vaksinlərə çıxış imkanları qeyri-bərabər paylanıb. Həm vaksin istehsalının artırılması, həm də peyvəndlərin ədalətli bölgüsü üçün qlobal vaksinasiya planına ehtiyac var”.