Göygöl rayonunda çoban mal-qara otaran zaman minaya düşüb. Arazmedia.az xəbər verir ki, hadisə rayonun Bənövşəli yaylağı deyilən ərazidə qeydə alınıb. Yaylaq ərazisində mal-qara otaran, 1990-cı il təvəllüdlü Ocaqquliyev Ramal Kamal oğlu minaya düşüb. O, hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.(report.az) Share