![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/07/1568904764.tixac_-2.jpg?resize=600%2C400&ssl=1)
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın avtomobil yollarında son vəziyyəti açıqlayıb.
Arazmedia.az xəbər verir ki, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:
1. Bakı – Sumqayıt şossesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq,bütün şosse boyunca,20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur);
2. Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində) sıxlıq;
3. Babək prospekti – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən,Şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;
4. Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində) sıxlıq;
5. Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra,Heydər Əliyev prospekti istiqamətində) sıxlıq;
6. Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində) sıxlıq;
7. Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol) sıxlıq;
8. Həsən bəy Zərdabi prospekti – (20 Yanvar dairəsinə düşən hissəsi) sıxlıq.