Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxaber Kaladzeni qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Baş nazir Ə. Əsədov bu səfərin Azərbaycan-Gürcüstan, Bakı-Tbilisi əlaqələrinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Söhbətin gedişində iqtisadi və humanitar əlaqələrə dair fikir mübadiləsi aparılıb.