![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/07/1626244459.ans_.jpg?resize=620%2C440&ssl=1)
Ümumrespublika televiziya kanalının açılması üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) 7 iyun 2021-ci il tarixindən 7 iyul 2021-ci tarixinədək elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.
MTRŞ-dan verilən məlumata görə, müsabiqəyə altı iddiaçı sənədlərini təqdim edib.
Bunlar “APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İstipress” MMC, “Medical Media” MMC-dir.
Qeyd edək ki, ümumirespublika televiziya kanalının açılması üçün sənəd təqdim edən iddiaçılardan 3-ü ANS Şirkətlər Qrupuna məxsusdur. Bu, ANS TV-nin yeni adla televiziya məkanına qayıdışı ola bilər. ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Sevda Həsənova faktı təsdiqləyib.(modern.az)