![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/07/1626158097.modern.az_memur-1581524973_858.jpg?resize=620%2C440&ssl=1)
Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlu ona təhkim olunmuş PM (Makarov tapançası) markalı tabel silahından istifadə etməklə iyulun 12-də intihar edib.
Bu barədə Arazmedia.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisə qeyri-döyüş şəraitində baş verib və ilkin ehtimala görə hərbi xidmətlə əlaqəsi yoxdur.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.