DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cinayət

Anasını söydüyünə görə 31 yaşlı kişini öldürən yeniyetmə saxlanıldı

1 dəqiqəyə oxunur
Anasını söydüyünə görə 31 yaşlı kişini öldürən yeniyetmə saxlanıldı 13 İyul 2021

İyulun 12-də paytaxtın Binəqədi rayon sakini 1990-cı il təvəllüdlü Elnar Qədimovun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanılıb.

Binəqədi Rayon Prokurorluğundan  verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Elnar Qədimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bəhruz Mehrəliyev şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.