DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Dünya

Kuril adalarında zəlzələ oldu

1 dəqiqəyə oxunur
Kuril adalarında zəlzələ oldu 12 İyul 2021

Bu gün Kuril adaları yaxınlığında 5.4 bal gücündə zəlzələ baş verib.

Arazmedia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Saxalin şöbəsi məlumat yayıb.

Bildirilib ki, Kuril adalarında 5.4 bal gücündə hiss olunan təbiət hadisəsi Sakit Okeanda 8.07 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri Simuşir adasının (orta Kuril) yaxınlığında, 80 kilometr dərinlikdə yerləşib.

Xəsarət və dağıntı yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Hazırda yeraltı təkanların yaşayış məntəqələrinə ehtimal edilən ziyanı dəqiqləşdirilir.