Salyanda qızı elektrik cərəyanı vurub. Arazmedia.az xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2006-cı il təvəllüdlü Əkbərova Fidan Qulam qızı həyətə su çiləyərkən ehtiyatsızqdan onu elektrik cərəyanı vurub. F. Əkbərova hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. Share