DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Siyasət

Xarici diplomatlar Füzuli və Şuşaya səfərə gedir

1 dəqiqəyə oxunur
Xarici diplomatlar Füzuli və Şuşaya səfərə gedir 09 İyul 2021

Azərbaycanda akkreditə olunmuş 50-yə yaxın diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçilərinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.

Arazmedia.az xəbər verir ki, diplomatik nümayəndələr əvvəlcə Füzuli şəhərində tikilməkdə olan Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olacaqlar, onlar daha sonra “Füzuli” yarımstansiyasına baş çəkəcəklər.

Füzuliyə səfəri tamamladıqdan sonra xarici ölkələrin Azərbaycandakı diplomatik təmsilçiləri Şuşa şəhərinə yola düşəcəklər. Onlar Şuşa şəhərində müxtəlif tarixi, mədəni abidələrlə tanış olacaqlar.

Diplomatik korpus nümayəndələrinin səfəri iyulun 10-da başa çatacaq.