DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

Vilayət Eyvazov polis orqanlarındakı mənfi hallardan DANIŞDI

1 dəqiqəyə oxunur
Vilayət Eyvazov polis orqanlarındakı mənfi hallardan DANIŞDI 09 İyul 2021

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında keçirilən kollegiya iclasında əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi polis orqanlarında ümumi işə mənfi təsir göstərən halları nəzərə çatdıraraq diqqəti onların aradan qaldırılması yollarına və qarşıda duran digər vəzifələrə yönəldib, tapşırıq və tövsiyələrini verib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Nazir cinayətkarlığa qarşı mübarizədə, asayişin və daxili təhlükəsizliyin qorunmasında əldə edilmiş müsbət nəticələrin inkişaf etdirilməsini, şəxsi heyətin daha böyük əzmlə çalışmasını və əməkdaşların peşəkarlığının yüksəldilməsini hər bir polis orqanının rəhbərindən tələb edib.