DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Şəhriyar Məmmədyarov rapid turnirində 6-cı oldu

1 dəqiqəyə oxunur

İyulun 9-da “Grand Chess Tour” şahmat seriyasının üçüncü mərhələsinin – Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”un rapid turnirində sonuncu turların partiyaları oynanılıb.

Arazmedia.az xəbər verir ki, Şəhriyar Məmmədyarov 7-ci turda İvan Sariç (Xorvatiya), 8-ci turda Niderland şahmatçısı Aniş Giri ilə heç-heçə edib. Son turda Niderlandın digər təmsilçisi Yorden Van Foresti məğlub edən şahmatçımız xalların sayını 9-a çatdırıb. Bu nəticə ilə Şəhriyar Məmmədyarov 6-cı yerdə qərarlaşıb.

Turnirin qalibi 11 xalla rusiyalı Yan Nepomnyaşi olub.

Xatırladaq ki, Şəhriyar Məmmədyarov seriyanın birinci yarışının – “Superbet Chess Classic Romania”nın qalibi olub.