DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cinayət

Polis rəisi özünü ürəyindən GÜLLƏLƏYİB – RƏSMİ

1 dəqiqəyə oxunur
Polis rəisi özünü ürəyindən GÜLLƏLƏYİB - RƏSMİ 09 İyul 2021

İyulun 9-da saat 11 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi ilə bağlı məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən  cavab olaraq bildirilib ki, hazırda Baş Prokurorluğun İstintaq İdarəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumatın verilməsi təmin ediləcək.