Millət vəkilinin sahibi olduğu “Relax”da işçisinin meyiti tapıldı
1 dəqiqəyə oxunur
Share
İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində ‘Relax’ istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar edilib.
Lerik rayon prokurorluğundanverilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.
Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.
İctimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, “Relax” istirahət mərkəzi 78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədovundur.