DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Millət vəkilinin sahibi olduğu “Relax”da işçisinin meyiti tapıldı

1 dəqiqəyə oxunur

İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində ‘Relax’ istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar edilib.

Lerik rayon prokurorluğundan  verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.

Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.

İctimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “Relax” istirahət mərkəzi  78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədovundur.