ABŞ-ın eks-prezidenti Donald Tramp, 6 yanvarda baş verən konqresə olan basqından sonra “Facebook”, “Youtube” və “Twitter”-in sahibi olan Google şirkətlərini ona qarşı tətbiq olunan senzuraya görə məhkəməyə verəcəyini açıqlayıb.
Arazmedia.az Unikal.org-a istinadən xəbər verir ki, Tramp bu açıqlamanı qolf klublarının birində verib. O, həmçinin bildirib ki, məhkəmədə iddiaçı kimi hər üç şirkətin kollektivinə qarşı tək iştirak edəcək.
O, bununla bağımsızlıq və söz azadlığı yolunda çox önəmli bir addım atdığını ictimaiyyətə çatdırıb.
Eks-prezident bu iddianı Florida ştatının cənub bölgəsində açacaq, daha sonra isə amerikanlara qarşı utanc verici senzuranın dayandırılmasını tələb edəcək.
Onu da deyək ki, Google şirkətinə məxsus Yutub və Feysbuk, eləcə də Tvitter, D.Trampın bu ilin əvvəlində ABŞ-da baş verən konqres olaylarının səbəbkarı olduğunu qeyd edərək onun 2020-ci il prezident seçkilərində saxtakarlıq edilməsi ilə bağlı olan iddialarını senzuraya almışdı.
Daha sonra şirkətlər Trampın həmin platformalardakı hesablarını nəzarətə götürmüşdü.