DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Qoyunlarının oğurlandığını dedi, oğru öz oğlu çıxdı

1 dəqiqəyə oxunur

Ərdahanın Çıldır rayonunda bir kişi 99 qoyununun oğurlanması haqqında polisə müraciət edib. 

Arazmedia.az Unikal.org-a istinadən xəbər verir ki, məsələ ilə bağlı istintaq başladan polis əməkdaşları həqiqəti elə həmin gün üzə çıxarıb. Məlum olub ki, qoyunlar heyvan sahibinin öz oğlu tərəfindən satılıb. 
İtkin düşdüyü deyilən qoyunları tapa bilməyən polis xüsusi  itlər və pilotsuz təyyarə ilə ərazidə əməliyyat keçirib. Daha sonra məlum olub ki, qoyunları heyvan sahibinin oğlu müxtəlif vaxtlarda 3 şəxsə satıb, əvəzində isə çoban itləri alıb.

Bundan sonra polis Ərdahan bölgəsində hər üç şübhəlinin olduğu bölgəyə basqın edərək onları zərərsizləşdirib. Oğurlanan heyvanlar isə öz sahibinə qaytarılıb. 

Qeyd edək ki, prokurorun əmri ilə şübhəlilər barəsində istintaq başladılıb.