DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Cəmiyyət

Qaradağ rayonunda Şəhid ailəsinə medal təqdim olundu

1 dəqiqəyə oxunur
Qaradağ rayonunda Şəhid ailəsinə medal təqdim olundu 07 İyul 2021

Qaradağ rayon icra hakimiyyəti başçısı Süleyman Mikayılov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət  Xidmətinin Qaradağ rayon idarəsinin rəisi Vüqar Seyidov tərəfindən şəhid  Kapitan Abdullayev Rəşad  Arif oğlunun ailəsi ilə görüş keçirilib və Vətən Müharibəsi Qəhrəmanı adının vəsiqəsi və medalı ailəsinə təqdim olunub.

Arazmedia.az xəbər verir ki, görüşdə şəhid ailəsinin ,övladlarının arzu və istəkləri dinlənilmişdir. Onlara torpaqlarımızın işğaldan azad edilməsinin hər birimizdə qürur doğurduğu və bu amal uğrunda fədakarlıq göstərənlərin Dövlətimizin, Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqları söylənilmişdir. Vətən Müharibəsi Qəhrəmanının ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.

Sonda şəhidin ailəsi və övladları ilə birlikdə xatirə şəkli çəkilib.

Qaradağ rayonunda Şəhid ailəsinə medal təqdim olundu 07 İyul 2021
Qaradağ rayonunda Şəhid ailəsinə medal təqdim olundu 07 İyul 2021