DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Dünya

İsrailin yeni Prezidenti and İÇDİ

1 dəqiqəyə oxunur
İsrailin yeni Prezidenti and İÇDİ 07 İyul 2021

İsrailin yeni Prezidenti İshak Hersoqun bu gün Knessetdə (parlament) andiçmə mərasimi keçirilib.

Arazmedia.az xəbər verir ki, yeni Prezident and içəndən sonra andiçmə mətnini imzalayıb.

Qeyd edək ki, İ. Hersoq bu il iyunun 2-də Knessetdə deputatların səsverməsindən sonra Prezident seçilib.

O bu postda Reuven Rivlini əvəzləyib.

İsraildə Prezident postu bir dəfə olmaqla 7 il müddətinə nəzərdə tutulur. Prezident ikinci müddətə seçilə bilməz.

Prezidenti vəzifədən ancaq parlament kənarlaşdıra bilər. Bunun üçün deputatların 3/4-ü onun impiçmentinin lehinə səs verməlidir.