Vətən müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib.
Arazmedia.az xəbər verir ki, bu barədə Lent.az-a mərhumun qohumları məlumat verib.
Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-19-a yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib .
Qeyd edək ki, E.Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. O, iki dəfə ayağından yaralanıb