DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Zərdab rayon sakini Prezident İlham Əliyevə müraciət etdi-Şikayət

5 dəqiqəyə oxunur

Zərdab rayonunun Çallı kənd sakini Mehman Məmmədov Arazmedia.az vasitəsiylə, prezident İlham Əliyevə müraciət edib. Həmin müraciəti olduğu kimi oxuculara təqdim edirik.

                                           

Hörmətli cənab prezident!

Mən, Zərdab rayon səhiyyəsindəki haqsızlıqlarla əlaqədar ünvanladığım müraciətimi Arazmedia.az vasitəsiylə Sizə çatdırmaq istəyirəm.. Biz ailədə dörd nəfər aprel ayında məlum “Covid-19” virusuna yoluxmuşduq. Mən şəkər və təzyiq xəstəsi olduğumdan həmin bu xəstəlik məndə çox ağır fəsadlar yaratdı. Özümün və ailə üzvülərimin sağlamlığını qorumaq üçün çoxlu müalicələr aldıq.

Bizə lazım olan bütün iynə-dərmanları və sistem iynələrini yarısını nəqd pulla alsam da, yarı pulunu apteklərə borclu qalmışam. Apteklərdə olan bütün dərmanların çox hissəsi firma dərmanlarıdır. Xəstəliyin tüğyan etdiyi vaxtda apteklər pulumuz olmadığından bizə pulsuz iynə-dərmanlar vermirdilər.

 Ona görə də mən mənə və ailə üzvülərimə lazım olan iynə-dərmanları almaqdan ötəri qohumlarımdan borc pul almışam. Halbuki karonavirus xəstələri üçün verilməli olan iynə-dərmanlara Sizin sərəncamınızla dövlət büdcəsindən tərəfindən milyonlarla pul vəsaiti ayrılmışdır.

Daha müalicələrimizi davam etdirməyə pulumuz olmadığı üçün, həkim reseptini  Zərdab rayon Səhiyyə Şöbəsinin müdiri Ruslan Nəhmətova göstərmişəm ki, dövlətimiz tərəfindən bizim rayon xəstəxanasına verilən dərmanlardan mənə də versin. Artıq iynə-dərmanlarımızı almağa  heç bir imkanım yoxdur. Ruslan Nəhmətov  məni rayon xəstəxanasının aptek müdirəsi  Rəna xanımın yanına göndərdi ki, mənə lazım olan iynə- dərmanları versin.

 Rəna xanım da, mənə bildirdi ki,” məndə heç bir iynə-dərman yoxdur. Baş həkim zəhmət çəksin aptekimizə dərman versin biz də sizə lazım olan iynə- dərmanları verək”.

Ruslan həkimin yanına dəfələrlə  getdikdən sonra, dəyəri 40-50 AZN dəyərində “Covid-19 paketi” yazılmış beş adda pulsuz dərman verdilər ki, şəkər xəstəsi olduğumdan həmin dərmanlardan da istifadə edə bilmədim və səhhətim daha da ağırlaşdı.

 Bütün bu olanlarla əlaqədar olaraq, Səhiyyə Nazirinin səlahiyyətlərini icra edən Teymur Musayevə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəisi Zaur Əliyev cənablarına dəfələrlə müraciətlər etsəm də, mənim müraciətlərimə heç bir cavab verilmir.

Mötərəm cənab prezident!

 Mən 300 (üç yüz) manat əmək haqqı alıram. Neçə ayın maaşını verməliyəm ki, aldığım iynə-dərmanların və sistem iynələrinin pulunu ödəyim? Mən müalicə alıb sağalmış ailəmə və xəstə azyaşlı  uşaqlarıma hansı pulla çörək və ərzaq alım? Ailəmizin müalicəsi üçün lazım olan iynə-dərmanlarımız üçün aldığım nəqd borc pullarını neçə və hansı yolla qaytarım?.

Bizim Zərdab rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Ruslan Nəhmətov dövlətimiz tərəfindən  bizlərə pulsuz verilməli olan bütün iynə-dərmanların və sistem iynələrinin hamısını öz şəxsi malı kimi istifadə edərək, özü üçün gəlir mənbəyi kimi istifadə etmişdir. Mənim kimi iynə-dərman almağa imkanı olmayanlar ölməlidirlər? Belə çıxır ki, Sizin dəfələrlə qeyd etdiyiniz kimi heç bir məmur korrupsiya hallarına yol verməməlidir tapşırığının  Ruslan Nəhmətova heç bir aidiyyatı yoxdur. Yəqin Ruslan Nəhmətovun hansısa güclü dayısı onu yaxşıca müdafiə edir və ona arxalanır.

Zərdab rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Ruslan Nəhmətov onu da unutmasın ki, bizim də Sizin kimi Ali Baş Komandanımız,  Prezidentimiz var.

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki, mənim sizə ünvanladığım müraciət məktubumu öz saytınızda işıqlandırasınız. Mənim haqq səsimi hörmətli cənab prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya çatdırasınız.

Mən ölkə rəhbərlərimdən artıq dərəcədə xahiş edirəm mənim haqq səsimə səs versinlər. Zərdab rayon səhiyyəsindəki haqsızlığa son qoyulması üçün xüsusi tapşırıqlar versinlər və nöqsanların araşdırılıb üzə çıxarılması üçün xüsusi yoxlama komissiyası  ayrılması haqqında göstəriş versinlər.

 Çünki İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB biz vətəndaşların şikayətlərinə baxmırlar. Bəlkə ondan sonra Zərdab rayon səhiyyəsində baş verən bütün haqsızlıqlara son qoyular.                                                                                                                                     Hörmətlə:

Məmmədov Mehman Məhəmməd oğlu                                                                                                                                           Zərdab rayon Çallı kənd sakini                                                                                                                                        Əlaqə nömrəsi:  051-943-69-97