Mozambikdə sərnişin avtobusu və iki yük avtomobili toqquşub.
Arazmedia.az TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Maputu əyalətində baş verib.
Qəza nəticəsində 31 nəfər ölüb, 26 nəfər xəsarət alıb.
Qəzanın sürət həddini aşma və əlverişsiz hava şəraitində görmə məsafəsinin az olması səbəbindən baş verdiyi ehtimal edilir.