Çili və Meksikada zəlzələ olub. Arazmedia.az xəbər verir ki, Çili Milli Seysmoloji Mərkəzi ölkədə 5,8 maqnitudalı zəlzələ olduğu barədə məlumat yayıb. Zəlzələnin ocağı 24 km dərinlikdə yerləşib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi isə Meksika sahillərində 5,6 maqnitudalı zəlzələ olduğunu açıqlayıb. Zəlzələlərdən sonra dağıntı, tələfat və sunami təhlükəsi barədə məlumat daxil olmayıb. Share