Çili və Meksikada zəlzələ olub.
Arazmedia.az xəbər verir ki, Çili Milli Seysmoloji Mərkəzi ölkədə 5,8 maqnitudalı zəlzələ olduğu barədə məlumat yayıb.
Zəlzələnin ocağı 24 km dərinlikdə yerləşib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi isə Meksika sahillərində 5,6 maqnitudalı zəlzələ olduğunu açıqlayıb.
Zəlzələlərdən sonra dağıntı, tələfat və sunami təhlükəsi barədə məlumat daxil olmayıb.