DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Argentina və Kolumbiya yarımfinalda

1 dəqiqəyə oxunur

Futbol üzrə Amerika Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Arazmedia.az  xəbər verir ki, bu gün son iki yarımfinalçının adına aydınlıq gəlib.
 
Əvvəlcə Kolumbiya və Uruqvay yığmaları üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Buna görə də qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan kolumbiyalılar 4:2 hesabı ilə qalib gəlib.

Sonuncu 1/4 final matçı Argentina və Ekvador yığmaları arasında baş tutub. Argentinalılar bu oyunda üç cavabsız qola seviniblər.
 
Beləliklə, yarımfinalda Braziliya Perunu, Argentina Kolumbiyanı sınağa çəkəcək. Oyunlar 6-7 iyulda keçiriləcək.