DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Başçı Qazini öz nəzarətinə götürdü – Fotolar

1 dəqiqəyə oxunur

İkinci Qarabağ müharibəsində şücaət göstərərək, sağlamlığını vətənə qurban vermiş,vətən müharibəsi Qazisi Dadaşov Eyyub Famil oğluna məxsus olan mənzildə yüksək səviyyədə təmir işləri davam etdirilir.

Arazmedia.az-ın məlumatına görə mənzilin əsaslı təmiri, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun şəxsi vəsaiti hesabına həyata keçirilir.

Qaradağ rayonunda artıq bu birinci hal deyil, bir-neçə Qazinin mənzil şəraitinin yaxşılaşdırılması bu günə qədər rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun maliyyə dəstəyi əsasında həyata keçirilib.

Hətta Qazimizin mənzilinin yaşadığı küçədə asfalt örtüyünə qədər,yenidən çəkilərək istifadəyə verilmişdir.

Qazimiz Dadaşov Eyyub hal hazırda 
Ələt qəsəbəsi, Şıxlar bağ massivində yaşayır.

Bundan öncə o, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılova rəsmi müraciət edərək,onun mənzil şəraitinin baxımsız vəziyyətdə olmasından narazılıq etmişdi.

Həmin müraciətdən dərhal sonra İcra başçısı Qazinin mənzil şəraitinin əsaslı təmirini öz üzərinə götürüb.

Hacıağa Qayıbov

Arazmedia.az