![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/07/1625122578_elektrik-xetleri-2.jpg?resize=640%2C360&ssl=1)
Türkiyədə elektrik enerjisi istehsalında izafi xərclər səbəbindən 1 iyul 2021-ci il tarixindən etibarən bütün abonent qrupları üçün son elektrik enerjisi qiymətlərinə 15 faiz artım edilib.
Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyə Enerji Bazarı Tənzimləmə İdarəsi məlumat yayıb.
“Bu çərçivədə 1 iyul 2021-ci il tarixindən etibarən əhali 100 kilovat-saat elektrik enerjisi üçün vergi ilə birgə 91,56 türk lirəsi (17,89 manat) ödəyəcəklər”, – məlumatda bildirilib