![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/07/1625145759.60ddc0d994aa360ddc0d994aa4162514556160ddc0d994aa060ddc0d994aa1.jpg?resize=620%2C440&ssl=1)
Konya şəhərində keçirilən “Anadolu Qartalı – 2021” beynəlxalq taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaqla, onun yerüstü hədəflərinin məhv edilməsi üzrə tapşırıqları icra ediblər.
Azərvbaycan MN-dən Arazmedia.az-a verilən məlumata görə, Azərbaycanın hərbi pilotları peşəkarlıq nümayiş etdirərək, qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.