Gürcüstanda son sutkada daha 980 nəfərə koronavirus diaqnozu qoyulub, 11 pasiyent vəfat edib. Arazmedia.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Qonşu ölkədə indiyədək COVID-19 infeksiyası 367 058 nəfərdə aşkarlanıb, onların 5 327-si dünyasını dəyişib. Ötən 24 saat ərzində sağalanların sayı 877 nəfər artaraq 352 624 olub. Share